Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda "Lex"ə 5:1 hesabı ilə qalib gələn "Qarabağ" açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi matçın təşkilində əməyi keçən hər kəsə təşəkkür edib:
"Ötən gün baş tutan “Qarabağ” - “Lex” oyunu təşkilati baxımdan bir sıra yeniliklərlə yadda qaldı. Belə ki, azarkeşlərin stadiona rahat gəliş-gedişi və təhlükəsizliyi üçün klubumuz, həmçinin stadion əməkdaşları ilə yanaşı, polis işçiləri, könüllülər əllərindən gələni etdilər.
MÖVZU İLƏ BAĞLI:
Aqil Abbas Qurban Qurbanovun yuxusunu BELƏ YOZDU
Matçın təşkilində əməyi keçən hər kəsə - Azərbaycan Respublikası Gənclər və İdman Naziriliyinin əməkdaşlarına, Daxili İşlər Nazirliyinin oyunda xidmət göstərən yüksək rütbəli zabitlərindən sıravi əməkadaşlarına qədər hər kəsə və eləcə də könüllülərə sonsuz təşəkkürlər!
“Qarabağ” FK olaraq, komandamıza daim dəstəyini əsirgəməyən Gənclər və idman naziri Fərid Qayıbova xüsusi minnətdarlığımızı bildiririk".
Bizim.Media