"Qarabağ"ın futbolçusu Kadi Borges Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"ə qalib gələrək mərhələ adlamaları (ilk oyun- 0:1, cavab matçı - 5:1) barədə fikirlərini bölüşüb.
Bizim.Media xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Bakıdakı cavab görüşündən sonra "CBC Sport"a açıqlamasında deyib:
MÖVZU İLƏ BAĞLI:
"Qarabağ" darmadağınla növbəti mərhələyə yüksəldi - VİDEO
"Belə matçdan sonra nə demək olar? Bu, "Qarabağ"ın gücüdür. Evdə necə rahat olduğumuzu göstərdik. Bəzən oyunumuz alınmaya bilər. Əsas odur ki, başımızı dik tutaq".
Borges 2-ci təsnifat mərhələsindəki rəqibləri İsveçrə “Sürix”inin də çətin komanda olduğunu sözlərinə əlavə edib.
Bizim.Media