"Neftçi" "Sivasspor"a uduzub

Hazırda oxunan: "Neftçi" "Sivasspor"a uduzub

83285

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib.

Bizim.Media xəbər verir ki,  Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən “Sivasspor”la üz-üzə gəlib.

“The Sign Esentepe Hotel & Ski Center”in stadionunda keçiriləcək qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib - 0:1. Görüşdə yeganə qolu 18-ci dəqiqədə İsaak Kofi vurub.

Qeyd edək ki, "Neftçi" Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" hazırlıq prosesində daha bir matç keçirməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin