Avropa Oyunlarının bağlanış mərasiminə İspaniyadan 20 min fişəng gətirilib

Hazırda oxunan: Avropa Oyunlarının bağlanış mərasiminə İspaniyadan 20 min fişəng gətirilib

83271
“Ümid edirik ki, tamaşaçılar razı qalacaqlar”x9d.

I Avropa Oyunlarının bağlanış mərasimi zamanı istifadə olunacaq fişənglər İspaniyanın “Ricasa”x9d şirkəti tərəfindən hazırlanıb.

Moderator.az-ın APA-ya istinadən məlumatına görə, bu haqda İspaniyanın RTVE telekanalı məlumat yayıb.
 
Fişənglərin hazırlandığı zavod Valensiya yaxınlığındakı Olokau şəhərində yerləşir. Şirkətdən bildiriblər ki, Azərbayacana göndərilmiş 20 min fişəngdən stadionun həm daxilində, həm də ətrafında istifadə olunacaq. “Hazırladığımız məhsulları belə tədbirlərdə görmək bizi qürurlandırır. Ümid edirik ki, həm stadionda olan tamaşaçılar, həm də televiziya tamaşaçıları atəşfəşanlıqdan razı qalacaqlar”x9d,- deyə şirkətin rəhbəri Riakardo Kaballer bildirib.
 
Şirkətdən verilən məlumatda o da bildirilir ki, “Ricasa”x9d fişənglərindən Verakruzda keçirilən Mərkəzi Amerika və Karib hövzəsi dövlətlərinin birinciliyində, Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarında, Sidney Olimpiadasının bağlanışında, eləcə də Braziliya və Meksikada keçirilən Panamerikan oyunlarında istifadə olunub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin