Cokoviç 21-ci dəfə Böyük Dəbilqə turnirlərinin qalibi oldu

Hazırda oxunan: Cokoviç 21-ci dəfə Böyük Dəbilqə turnirlərinin qalibi oldu

83204

Dünyanın 3 nömrəli raketka ustası serbiyalı Novak Cokoviç Uimbldon finalında avstraliyalı Nik Kiryos məğlub edərək Böyük Dəbilqə turnirlərində 21-ci titulunu qazanıb.

Bizim.Media xəbər verir ki, görüş Böyük Britaniyanın paytaxtı Londonda keçirilib.

Qarşılaşma 4:6, 6:3, 6:4, 7:6 (7:3) hesabı ilə turnirdə birinci nömrə altında çıxış edən N.Cokoviçin xeyrinə başa çatıb. Kiryos ispaniyalı Rafael Nadalın tərk etməsindən sonra avtomatik olaraq turnirin finalına yüksəlib.
Qeyd edək ki, N.Cokoviç 21-ci dəfə Böyük Dəbilqə turnirinin qalibi olub və bu göstəricidə Federeri (20) üstələyərək ikinci yeri tutub. Böyük Dəbilqə titullarının sayına görə lider Nadaldır (22).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin