“Fəxr edirəm ki, məni Prezident mükafatlandırdı”x9d.
Moderator.az-ın məlumatına görə, Azərbaycanlı boksçu, 81 kq çəkidə Avropa Oyunlarının qalibi olan Teymur Məmmədov, qələbədən sonra fikirləri ilə bölüşüb.
“Çox şadam ki, qələbə qazana bildim. Fəxr edirəm ki, məni Prezident mükafatlandırdı. Dəstəyə görə ona minnətdarlığımı bildirirəm.
Mən dayanmayacam. Məqsəd qoymuşam ki, Olimpiadada iştirak edim. Dünya çempionatında lisenziya qazanmalıyam
İnşallah, bu yaxınlarda oğlum olacaq. Mən bu qələbəni ona həsr edirəm. Yarımfinalda Rusiya idmançısına qalib gələndən sonra başa düşdüm ki, məni saxlamaq mümkün deyil, çempion olmalı idim”x9d.

































































































