Bu gün Avropa Oyunlarında cüdo yarışlarına start veriləcək.
xa0
Moderator.az xəbər verir ki, 8 cüdoçumuz tatami üzərinə çıxacaq.
Bu gün 5 çəki dərəcəsindən 3-də ölkəmiz iki idmançı ilə təmsil olunacaq.
xa0
60 kq çəki dərəcəsində Orxan Səfərov 1/8 finalda monteneqrolu Yan Siçardi ilə belaruslu Arif Bağırov cütlüyünün qalibi ilə görüşəcək.
xa0
İlqar Müşkiyev isə ispaniyalı Franssiko Qarriqosla israilli Alon Rəhim arasında dueldən qalib ayrılanla üz-üzə gələcək.
xa0
66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə 1/16 finalda türkiyəli Sinan Sandalla görüşəcək. Qarşılaşma saat 13:00-da başlayacaq.
xa0
Tərlan Kərimov isə 1/16 finalda rus Mixail Pulyayevinlə 13:12-də qarşılaşacaq.
xa0
Qadınlar
xa0
48 kq çəki dərəcəsində Leyla Əliyeva 1/16 finalda sloveniyalı Kristina Vrsiçlə üz-üzə gələcək. Qarşılaşma 12:00-da başlayacaq.
xa0
Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantseva ilə gücünə aydınlıq gətirəcək. Görüş saat 12:12-də start götürəcək.
xa0
52 kq çəki dərəcəsində Səkinə Zairova 1/16 finalda israilli Roni Şvartsla münasibətlərinə aydınlıq gətirəcək. Cüdoçular tatamiyə saat 12:12-də çıxacaqlar.
xa0
57 kq çəki dərəcəsində Kifayət Qasımova 1/16 finalda serbiyalı Yovana Roqiçlə mübarizə aparacaq. Görüş saat 13:16-da başlayacaq.
xa0
12:04
xa0
Leyla Əliyeva 1/16 finalda sloveniyalı Kristina Vrsiçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və növbəti mərhələyə yüksəlib.
xa0
12:14
xa0
Aişə Qurbanlı 1/16 finalda rusiyalı Kristina Rumyantseva ilə gücünə aydınlıq gətirib. O, rəqibinə qalib gəlib və növbəti mərhələyə yüksəlib.






































































































