12-ci qızıl medalı qazandıq - Taekvondo

Hazırda oxunan: 12-ci qızıl medalı qazandıq - Taekvondo

82161
Avropa Oyunlarında taekvando üzrə yarışlar davam edir. 

Moderator.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın daha bir idmançısı qızıl medal qazanıb. 

80 kq çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Taekvondoçumuzun rəqibi üzərində inamlı qələbə qazanıb ”“ 12:0. Milad 1/4 finalda da özünü yaxşı tərəfdən göstərib. Böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələn təmsilçimiz bu döyüşü də vaxtından əvvəl xeyrinə bitirib (17:5).
Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra qüvvəsini sınayıb. İdmançımız bu rəqibindən də güclü olduğunu sübuta yetirib. Ferreyraya 6:2 hesabı ilə qalib gələn Milad bu gün finala yüksələn ikinci taekvondoçumuz olub. 

Beigi Harchegani finalda rusiyalı Albert Gaun ilə qarşılaşıb və  görüşdən qalib ayrılıb. Bununla da Azərbaycan Taekvondo yarışlarının 2-ci qızıl medalını, ümumilikdə isə Avropa Oyunlarında 12-ci qızıl medalını qazanıb.

Hazırda yığmamızın hesabında 12 qızıl, 5 gümüş və 12 bürünc medal var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin