"Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr “Aris”i ilə cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da təşkil olunacaq görüşə Almaniyadan olan hakimlər təyinat alıb.
Baş hakim Bastian Dankertə Yan Zidel və Eduard Baytinger kömək edəcəklər. Dördüncü hakim Sven Yablonski olacaq.
Qeyd edək ki, bu komandalar arasında iyulun 21-i saat 21:30-da “AEK Arena”da keçiriləcək ilk matç Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim İvan Bebek, onun köməkçiləri Qoran Pataki və Luka Payiç olacaqlar. Dördüncü hakim funksiyasını Dario Bel icra edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:27 / 02.07.2022
"Neftçi"nin cavab oyununa HAKİM TƏYİNATI
Hazırda oxunan: "Neftçi"nin cavab oyununa HAKİM TƏYİNATI
Hazırda oxunan: "Neftçi"nin cavab oyununa HAKİM TƏYİNATI
81990
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.