Portuqaliya yığması İrəvanda “Avro-2016”x9dnın seçim matçında iştirak etmək üçün Ermənistana gəlib.
Moderator.az-ın news.am-a istinadən məlumatına görə, Ermənistana qarşı oynayacaq Portuqaliya yığması “qonaqpərvərliklə”x9d qarşılanıb.
“Zvartnots”x9d aeroportunda Kriştiano Ronaldonun kapitanı olduğu komandanın pərəştişkarları ilə rəqib komandanın fanatları arasında münaqişə yaşanıb. Erməni azarkeşlər portuqaliyalıları fitə basıblar.
Qeyd edək ki, seçim oyunu iyunun 13-də, “Respublika”x9d stadionunda keçiriləcək.


































































































