Bərdədə Avropa Oyunlarına həsr olunmuş idman tədbiri keçirildi

Hazırda oxunan: Bərdədə Avropa Oyunlarına həsr olunmuş idman tədbiri keçirildi

80855
Moderator.az-ın verdiyi xəbərə görə, 08 iyun 2015-ci il tarixdə Bərdə Olimpiya İdman Kompleksində Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə I Avropa Oyunlarına həsr olunmuş yeniyetmələr və kiçik yeniyetmələr (kadetlər) arasında cüdo üzrə açıq Bərdə birinciliyi keçirilmişdir. Birincilikdə 2 şəhər və 6 rayondan müxtəlif çəki dərəcəsində 120-ə yaxın idmançı iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov açaraq I Avropa Oyunları və onun əhəmiyyəti ilə bağlı məlumat verərək qeyd etdi ki , ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən idmanın ikişafına xüsusi diqqət və qayğı göstərilir. İlk Avropa oyunlarının ölkəmizdə keçirilməsi onu sübut edir ki, artıq Azərbaycan beynəlxalq yarışların yüksək səviyyədə təşkil olunaraq keçirilməsi sahəsində özünü təsdiq etmişdir.

Cüdo üzrə Bərdə komandasının məşqçisi, idman ustası Şahin Əhmədov, Sumqayıt şəhər Təhsil Respublika İdman Mərkəzinin cüdo üzrə baş məşqçisi İlqar Niftalıyev, Gəncə Olimpia İdman kompleksinin cüdo üzrə baş məşqçisi, əməkdar məşqçi Ramiz Məmmədov Göyçay rayonunun cüdo üzrə baş məşqçisi Soltanəli Məmmədov çıxış etdilər.

Gərgin mübarizə şəraitində keçən yarışda Sumqayıt şəhər komandası I, Gəncə şəhər komandası II, Bərdə rayon komandası III yeri tutmuşlar. Qalib idmançılar müxtəlif dərəcəli diplom və medallarla mükafatlandırılmışlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin