Bu gün Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatına start verilib.
Bizim.Media xəbər verir ki, yarışın ilk günündə oğlanların 50, 55, 60, qızların 40, 44 və 48 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.
Azərbaycan təmsilçilərindən Şahin Oruczadə qızıl medal qazanıb. 55 kq çəki dərəcəsində yer alan Oruczadə finalda serbiyalı Matiya Yeremiçə vaxtından əvvəl ipponla qalib gəlib.
O, yarımfinalda ermənistanlı Vahe Aqasyana qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. Finalda Serbiya təmsilçisi Matiya Yeremiki məğlub edən idmançımız qızıl meda qazanıb.
Nizami İmranov da Avropa çempionu olub. 60 kq çəki dərəcəsində yarışan idmançımız macarıstanlı Adam Mayor finalda vaxtından əvvəl ipponla qalib gəlib. Bununla da o, milli komandaya ikinci qızıl medalı qazandırıb.
Məhəmməd Məmişov (50 kq) qitə birinciliyini bürünc medalla başa vurub. O, 3-cü yer uğrunda görüşdə ermənistanlı Qor Safaryanı üstələyib. Məmişov qızıl xal bölümünün 25-ci saniyəsində rəqibini məğlubiyyətə uğradıb.
Qadın cüdoçularımızdan isə Aydan Vəliyeva (48 kq) gümüş medal qazanıb. 48 kq çəki dərəcəsində yer alan Vəliyeva finalda isveçli Tara Babulfata uduzub.
Beləliklə, Azərbaycan yığması Avropa çempionatında ilk yarış gününü 4 medalla başa vurub. Bu gün mübarizəyə qoşulan 6 cüdoçudan ikisi – Xalid Məmmədov (50 kq) və Xumar Qasımzadə (44 kq) yarışı medalsız başa vurub.
Qeyd edək ki, Azərbaycan yarışa 14 cüdoçu ilə qatılıb. İyunun 26-dək davam edəcək qitə birinciliyində 40 ölkədən ümumilikdə 420 (231 oğlan, 189 qız) idmançı qüvvəsinı sınayacaq. İlk üç gündə fərdi, son gündə isə komanda yarışı olacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:58 / 23.06.2022
Azərbaycanın iki cüdoçusu AVROPA ÇEMPİONU OLDU
Hazırda oxunan: Azərbaycanın iki cüdoçusu AVROPA ÇEMPİONU OLDU
Hazırda oxunan: Azərbaycanın iki cüdoçusu AVROPA ÇEMPİONU OLDU
80719
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.