Bu gün FHN-nin Hövsandakı idman kompleksində futbol üzrə 11 yaşlılar arasında Azərbaycan çempionatının final oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, "Vətən"komandasına qalib gələn (4:3) "Qarabağ" Azərbaycan çempionu adını qazanıb.
"Qarabağ"ın 18 nömrəli oyunçusu Elmir Alxaslı hisslərini Bizim.Media ilə bölüşüb.
O, komandasının uğuruna çox sevindiyini deyib, komandan məşqçisi Elçin Xudatatova və əməyi keçən hər kəsə təşəkkür edib:
"Davamlı məşqlərimizin bəhrəsini gördük. Çox sevincliyəm. "Qarabağ"ın ənənəsini uğurla davam etdirərək, 11 yaşlı "Qarabağ"çılar da çempion oldu."Qarabağ"a həmişə qələbə yaraşır, Qarabağ Azərbaycandır!".
Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu
- A-
- A
- A+
İdman
21:20 / 20.06.2022
\"Qarabağ\"ın U-11 komandası Azərbaycan çempionu oldu - FOTO
Hazırda oxunan: \"Qarabağ\"ın U-11 komandası Azərbaycan çempionu oldu - FOTO
Hazırda oxunan: \"Qarabağ\"ın U-11 komandası Azərbaycan çempionu oldu - FOTO
80162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.