Rövnəq Abdullayev səs verdi

Hazırda oxunan: Rövnəq Abdullayev səs verdi

79677
İsveçrənin Sürix şəhərində FİFA prezidenti seçkisi başlayıb

Moderator.az sportnet.az-a istinadən bildirir ki, ümumilikdə 209 ölkənin milli assosiasiyası əlifba sırası ilə 2 qutuya bölünərək, hərəyə 1 səs veriblər. 

Artıq AFFA prezidenti Rövnəq Abdullayev də seçki qutusuna yaxınlaşaraq, seçimini edib. Ümumilikdə Avropadan 53, Afrikadan 54, Asiyadan 46, Şimali və Mərkəzi Amerikadan 35, Cənubi Amerikadan 10 və Okeaniyadan 11 səs veriib.  

İlkin mərhələdəcə qalib gəlmək üçün namizədlər səslərin 2/3-ni yığmalıdırlar. İkinci mərhələdə isə qələbə üçün sadə səs çoxluğu da kifayətdir. 

Qeyd edək ki, FİFA prezidenti vəzifəsi uğrunda qurumun hazırkı rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn mübarizə aparır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin