Gənc kikboksçular İsmayıllıda bir araya gələcək

Hazırda oxunan: Gənc kikboksçular İsmayıllıda bir araya gələcək

78729
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vahid idman təqvim planına əsasən 26-27 may 2015-ci il tarixlərində Azərbaycan Kikboksinq Federasiyası kikboksinq üzrə Gənclər və Yeniyetmələr arasında Azərbaycan Birinciliyi keçirəcək. 

Bu barədə Kikboksinq Federasiyasından məlumat verilib. 

"İsmayıllı" Olimpiya Kompleksində baş tutacaq yarış “narkomaniya və uşaq cinayətkarlığına qarşı“ adı altında həyata keçiriləcək.

Məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandıran Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev bu kimi yarışların yeniyetmələr və gənclər arasında kikboksinq idman sahəsinə marağın yaranmasına səbəb olduğunu qeyd edib.

“Məqsəd gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, narkomaniyaya “yox”x9d demək və gənclərin pis vərdişlərdən uzaq durmasına kömək etməkdir. Cənab prezidentin idman siyasətinə dəstək olaraq belə yarışları müntəzəm olaraq keçirməyi planlaşdırırıq. Eyni zamanda, qarşıdan gələn Bakı 2015 I Avropa Oyunları haqqında məlumatlar veriləcək”x9d, - deyə federasiya rəhbəri bildirib.

Xatırladaq ki, komandaların gəlmə və çəki günü 25 may 2015-ci il tarixində saat səhər 10:00-dan 15:00-dək Azərbaycan Kikboksinq Federasiyasının Təlim Məşq Bazasında (Ünv: Tofiq Bəhrəmov adına Respublika stadionun yanı) baş tutacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin