Azad olunmuş torpaqlarda ilk idman turniri — AKAF-ın nümunəvi işi...

Hazırda oxunan: Azad olunmuş torpaqlarda ilk idman turniri — AKAF-ın nümunəvi işi...

78232

Vətən müharibəsi ilə işğaldan azad edilmiş torpaqlarımıza həyat yenidən qayıdır. Bunun nişanələrindən biri də Suqovuşanda “Prezident kuboku – 22” turnirinin keçirilməsi idi.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş avarçəkmə üzrə turnirinin təşkil edilməsi idman yarışından daha böyük məna kəsb edirdi. Çünki bu, işğaldan azad edilmiş ərazilərdə ilk idman yarışı idi.

Dünya təcrübəsində idman yarışları adətən sülhün və sabitliyin də simvoludur. Belə bir turnirin təşkil edilməsi işğaldan azad edilən torpaqlara həm də sülhün və sabitliyin qayıtdığının nümayişi idi.

Turnirin ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilməsi də tarixi məqamlardandır. Çünki Qarabağın azad edilməsi ulu öndərin ən böyük arzusu idi və hakimiyyətə qayıtdıqdan sonra bütün fəaliyyətini məhz bu istiqamətdə qurmuşdu. 


Böyük zəfəri görməyə ömrü vəfa etməsə də, bu zəfərin təməlində məhz Heydər Əliyev strategiyasının dayandığı, bu srategiyanın Prezident İlham Əliyev tərəfindən mövcud şərtlərə uyğunlaşdıraraq, həyata keçirilməsi olduğu məlumdur. 

Ümumilli liderə həsr olunmuş avarçəkmə üzrə turnirin işğaldan azad edilmiş ərazilərdə ilk idman yarışı olaraq tarixə keçməsi həm də Heydər Əliyevin təməlini qoyduğu idmana dövlət qayğısının nəticəsidir.

Ən mühüm məqamlardan biri isə işğal dövründə separatçı rejimin Suqovuşanda idman turniri kimi təqdim etdiyi “qayıq ötüşdürmə” səviyyəsində yarışlar keçirməsi idi. Hətta, baş separatçı Araik Arutyunyan bir zamanlar bu yarışı bəh-bəhlə təqdim edir, özlərini “dövlət” kimi aparırdılar.
 

Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə torpaqlarımızı azad etdi, ermənilərin “dövlətçiliyini” məhv etdi və bütün bunlarla yanaşı, idmanı da bölgəyə qaytardı.

30 il sonra o torpaqların gerçək sahibləri qayıtdı və ilk idman yarışı kimi avarçəkmə üzrə turnir keçirildi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın “Prezident kuboku – 2022” turnirinin açılışını etməsi də Müzəffər ordunun Ali Baş Komandanının bütün dünyaya “o torpaqların sahibinin qayıtması və bundan sonra o torpaqlarda əbədi yaşayacağı”nı n mesajı idi.

Bütün bunlar Suqovuşanda keçirilən avarçəkmə üzrə turnirin idman yarışından daha böyük məna kəsb etdiyini deməyə əsas verir.


Təbii ki, bu mühüm işdə Kanoe və Avarçəkmə Federasiyasının əməyi də mütləq vurğulanmalıdır. Dövlət başçısının idmana göstərdiyi qayğını ən yaxşı dəyərləndirən federasiyalardan biri olaraq, qısa müddətdə belə möhtəşəm idman turnirini təşkil etmələri də bunun nümunəsidir. 

Ümumiyyətlə, bu Federasiya Vüqar Əhmədovun sədrliyi ilə son dövrlər sürətlə inkişaf edir. İstər bu sahə üzrə peşəkar idmançıların yetişdirilməsi, istər idmançılar üçün gözəl şəraitin yaradılması, istərsə bu idman növünün Azərbaycanda inkişaf etdirilməsi baxımından mühüm addımlar atılır.

Federasiya fəaliyyətinə uyğun olaraq genişmiqyaslı işlər həyata keçirir.


İdmanın təbliği istiqamətində maarifləndirmədən tutmuş təbliğat işlərinə qədər bir çox asepektdə işləyir, avarçəkmə və kanoe üzrə yerli və ya beynəlxalq müsabiqələr, çempionatlar keçirir, bununla həm idmanın bu növünü inkişaf etdirir, həm də beynəlxalq idman cameəsinin diqqətini ölkəmizə cəlb edir. 

Bununla yanaşı, yeniyetmələr arasında idmanın bu növünün populyarlaşması məqsədilə lazımı addımlar atılır.

Bir sözlə Kanoe və Avarçəkmə Federasiyası dövlətin qayğısı ilə üzərinə düşən missiyanı layiqincə yerinə yetirir. Suqovuşanda keçirilən turnir Federasiyanın işinin əyani sübutu idi.

Məhz bu səbəbdən deyə bilərik ki, bu gün AKAF-ın fəaliyyəti digər idman federasiyalar üçün də nümunə hesab edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin