“Bakı-2015”x9d I Avropa Oyunları yalnız idman tədbiri kimi qəbul oluna bilməz. İdman, siyasətin içindədir”x9d.
Moderator.az futbolxeber.az-ın istinadən məlumatına görə, bu sözləri millət vəkili Fazil Mustafa deyib.
ATV telekanalında yayımlanan “Bakı 2015”x9d proqramında qonaq olan Fazil Mustafa qeyd edib ki, Cənubi Qafqazda bu cür mötəbər turniri yalnız Azərbaycan keçirə bilər: “Ermənistan heç vaxt bu maştabda tədbiri keçirə bilməz. Ən azı yaxın 20 ildə. Eləcə də Gürcüstan. Regionda lider olmaq üçün bütün sahələri götürmək lazımdı. İstər musiqi olsun, istər ədəbiyyat, istərsə də idman. İdmanda kütləvilik daha çoxdur. Mən “Bakı-2015”x9də ölkəmizdə idmanın inkişafı baxımdan böyük hadisə kimi baxıram. Çünki Avropa Oyunlarından sonra yaradılan yüksəksəviyyəli infrastuktur Azərbaycan xalqına qalacaq”x9d.
Millət vəkili “Bakı-2015”x9ddə hansı idman növlərində yarışları canlı olaraq izləyəcəyi barədə sualı da cavablandırıb: “Avropa Oyunlarında futbol olmadığı üçün ilk öncə çimərlik futboluna tamaşa edəcəyəm. Məni eləcə də cüdo və güləş yarışlarında da görə bilərsiz”x9d.

































































































