341 minlik dələduzluq - Peşəkar idmançı MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: 341 minlik dələduzluq - Peşəkar idmançı MƏHKƏMƏ QARŞISINDA

77965

Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Vaqif oğlunun (Səbuhi Rəcəb) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirlilən şəxs ittiham aktı ilə tanış olmadığı üçün cinayət işinin baxışa təyin olunmasını istəməyib. Bu səbəbdən hazırlıq iclası iyunun 13-ə kimi təxirə salınıb.

APA-nın məlumatına görə, Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək 341 min manat dələduzluqa təqsirli bilinir. İdmançı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanaraq məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.

2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin