"Qarabağ"ın yay hazırlıq planı bəlli oldu

Hazırda oxunan: "Qarabağ"ın yay hazırlıq planı bəlli oldu

77023

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində çıxış edəcək "Qarabağ"ın təlim-məşq toplanışının proqramı açıqlanıb. 

"Köhlən atlar"ın Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, komanda iyunun 9-da Bakıda bir araya gələcək. 

Bildirilib ki, ölkə çempionu iyunun 20-də hazırlıq prosesinin növbəti mərhələsi üçün Avstriyaya yollanacaq.

Ağdam təmsilçisinin Bakıya qayıdışı UEFA Çempionlar Liqasındakı püşkatmanın nəticəsinə əsasən müəyyənləşəcək. "Qarabağ" ilk oyunu evdə keçirəcəyi halda, hazırlıq prosesini daha erkən başa vuraraq, Bakıya qayıdacaq, əks halda, Avstriyada qalaraq, birbaşa səfər matçına yollanacaq. 

"Qarabağ" sözügedən ölkədə 3 yoxlama oyunu keçirəcək. Rəqiblər isə hələlik dəqiqləşməyib. 

Qeyd edək ki, UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 14-də atılacaq. Raundun ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları isə 12-13 iyulda gerçəkləşəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin