Futbol tarixinə adını yazdırmağı bacaran Ronaldinyo gülünc vəziyyətə düşüb.
Moderator.az xəbər verir ki, əfsanəvi braziliyalı futbolçu karyerasının qürub çağında qeyri-adi driblinqləriylə yox, simulyasiyayla diqqət çəkib.
Meksika çempionatının 16-cı turunda keçirilən “Keretaro”x9d ”“ “Monarkas”x9d matçında (2:1) qollardan birini Ronaldinyo penaltindən vurub. Amma braziliyalı təkcə bununla yadda qalmayib. Ronni meydanın mərkəzində aşkar simulyasiya etdiyi üçün sarı vərəqəylə cəzalanıb. Onun bu hərəkətinə tribunalara toplaşanlar da doyunca gülüb.
(publika.az)
































































































