Bakı mənim üçün uğurlu şəhərdir. İlk dəfə Azərbaycanda 2015-ci ildə keçirilən birinci Avropa Oyunları zamanı olmuşam. Həmin yarışlarda iki qızıl medal qazanmışdım. Bakı Atıcılıq Mərkəzi mənim üçün hər zaman ən gözəl xatirələrlə yadda qalır. Bu da imkan verir ki, bu məkanda keçirilən yarışlarda ən yüksək nəticə əldə edim.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən atıcılıq üzrə dünya kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında kişilər arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxan serbiyalı Damir Mikeç bildirib.
O, qeyd edib ki, 22 ildir atıcılıq idman növü ilə məşğul olur. Bu müddətdə həmişə uğur qazanmaq haqqında düşünüb:
“Qızıl medala sahibi olmaq, bunu arzu etmək gözəl hissdir. Bu, insan psixologiyasına müsbət təsir edir. Qızıl medal əldə edə bildim. İndiyədək gördüyüm atçılıq mərkəzlərinin ən mükəmməli sizin ölkədədir”.
İdmançı həlledici mərhələdəki mübarizəsindən də danışıb: “Bakıdakı yarışda yeniliklər tətbiq olunub. Finalda fərqli sistemdən istifadə olundu. Mən İspaniyanın Qranada şəhərindəki Qran-Pri yarışlarında da iştirak etmişdim. Həmin turnirdə gümüş medala malik oldum. Finalda azərbaycanlı idmançı Ruslan Lunyovla mübarizə aparmışdım. Bakıdakı finalda bolqarıstanlı idmançı Kalonyan Stamenovla qarşılaşmam çətin keçdi. Ümumiyyətlə, yarışdakı bütün nəticələr yuxarı idi”.
Qızıl mükafatın sahibi olan idmançı Bakıdakı dünya kubokuna səkkiz nəfərdən ibarət komanda ilə gəldiklərini bildirib:
“Onlardan ikisi pnevmatik tapança, altısı tüfəngdən atəşaçma yarışlarında iştirak edəcəklər. Komandamızın üzvləri yüksək səviyyəli atletdir. İnanıram ki, bu yarışda daha çox medal qazanacağıq.
Bakıdakı dünya kubokunun finalına vəsiqə qazanmağın böyük uğurdur. Buradakı yarışlara azarkeş marağı böyükdür. Dünyanın hər yerindən idmançılar turnirdə iştirak etmək üçün Azərbaycana gəliblər. Belə yarışda mükafatçılar sırasında yer almaq mənim üçün fəxrdir”.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:20 / 30.05.2022
Bakıda qızıl medal alan serbiyalı idmançı: “Şəhəriniz mənim üçün uğurludur”
Hazırda oxunan: Bakıda qızıl medal alan serbiyalı idmançı: “Şəhəriniz mənim üçün uğurludur”
Hazırda oxunan: Bakıda qızıl medal alan serbiyalı idmançı: “Şəhəriniz mənim üçün uğurludur”
76817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.