Abramoviç "Çelsi"ni onlara satdı - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Abramoviç "Çelsi"ni onlara satdı - RƏSMİ AÇIQLAMA

76377

Rusiyalı oliqarx Roman Abramoviç “Çelsi”ni rəsmən satıb.

Bizim.Media xəbər verir ki, bu barədə Companies House (Böyük Britaniyada Hüquqi Şəxslərin Birləşmiş Dövlət Reyestri) məlumat yayıb. London təmsilçisi ABŞ-dan olan Todda Boulinin konsorsiumuna satılıb.

Böyük Britaniya hökuməti ölkədəki aktivləri dondurulan Roman Abramoviçin klubun satışından heç bir fayda görməyəcəyinə dair hüquqi təminat aldıqdan sonra sövdələşməni təsdiqləyib.

Müqavilənin dəyəri 4,25 milyard funt sterlinq (təqribən 5 milyard avro) təşkil edir.

Xatırladaq ki, fevralın 26-da Roman Abramoviç klubun idarəçiliyini “Çelsi” Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də o, klubu satmaq niyyətində olduğunu açıqlayıb. Martın 10-da Böyük Britaniya hökuməti Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Rusiyalı iş adamının, o cümlədən futbol klubunun aktivləri bloklanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin