“Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında finalçılar müəyyənləşib.
Bizim.Media xəbər verir ki, finalda hazırkı dünya çempionu, norveçli Maqnus Karlseni məğlub edən çinli Dinq Liren və Aniş Giri (Niderland) üzərində qələbə qazanan hindistanlı Rameşbabu Praqnanandha mübarizə aparacaqlar.
Qeyd edək ki, dörddəbir finalda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov D.Lirenə uduzaraq turnirdə çıxışını dayandırıb.
Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.
Bizim.Media