Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən onillikdə milli çempionatların yüksək liqasında ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.
Bombardirlər cədvəlinə argentinalı Lionel Messi başçılıq edir.
İspaniya “Barselona”sının kapitanı 2010-2020-ci illərdə 346 qol vurub. Portuqaliyalı Kriştiano Ronaldo 2-ci sıradadır.
Bu müddətdə İspaniya “Real”ı və İtaliya “Yuventus”unda oynayan hücumçu 332 dəfə fərqlənib. 248 qol vuran polşalı Robert Levandovski üçüncü pillədə yer alıb.
Zlatan İbrahimoviç (236), Luis Suares (224), Karlos Sausedo (213), Edinson kavani (209), Eran Zahavi (195), Sebastyan Taqliabue (193) və Serxio Aquero (193) da ilk “onluq”da yer alıb.
Ümumilikdə 36 futbolçu 150 və daha çox top vura bilib. Türkiyəli Burak Yılmaz da cədvəldə yer alıb. O, 186 dəfə fərqlənib. Burak dünyada 13-cüdür. (APA)
Bizim.Media
- A-
- A
- A+
İdman
10:05 / 06.01.2021
Messi ən çox qol vuran futbolçudur
Hazırda oxunan: Messi ən çox qol vuran futbolçudur
Hazırda oxunan: Messi ən çox qol vuran futbolçudur
7516
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.