"Milan" İtaliya A Seriyasının XVI turunun "Yuventus"la oyununa ciddi itki ilə çıxacaq.
Bizim.Media "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın futbolçusu Zlatan İbrahimoviç vacib qarşılaşmada da iştirak edə bilməyəcək.
Hələlik fərdi məşqlərlə kifayətlənən isveçli hücumçunun yaşıl meydana yanvarın 18-də "Kalyari"yə qarşı matçla qayıdacağı gözlənilir.
Qeyd edək ki, yanvarın 6-da keçiriləcək "Milan" - "Yuventus" görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Milan şəhərinin eyniadlı təmsilçisi 37 xalla turnir cədvəlinə başçılıq edir. 27 xalı olan Turin klubu isə 5-ci pillədə qərarlaşıb. (Report)
Bizim.Media
- A-
- A
- A+
İdman
19:35 / 05.01.2021
İbrahimoviç "Yuventus"la oyunu buraxacaq
Hazırda oxunan: İbrahimoviç "Yuventus"la oyunu buraxacaq
Hazırda oxunan: İbrahimoviç "Yuventus"la oyunu buraxacaq
7489
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.