Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatında qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, bazar günü “Dinamo” “Sibenik”i 3:1 hesabı ilə məğlub edib və finiş xəttinə 76 xalla ən yaxın izləyicisi “Hajduk” üçün əlçatmaz olub. Mahir Emreli ehtiyat oyunçular skamyasında qalaraq bu görüşdə iştirak etməyib.
Xatırladaq ki, Mahir bu qış "Dinamo"ya keçmişdi və keçmiş klubu Polşanın "Legiya"sı ilə qalmaqallı şəkildə yollarını ayırmışdı. Xorvatiya çempionatında Emreli iki qol vurub.
Bizim.Media