Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək.
Bizim.Media xəbər verir ki, bütün qarşılaşmalar saat 17:00-da başlayacaq.
Çempionluğu təmin edən "Qarabağ" klubu "Səbail"in qonağı olacaq. Ağdam təmsilçisi hesabında 63 xal var. Bakı klubu isə 15 xalla sonuncu - 8-ci sırada qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 18 dəfə üz-üzə gəliblər.
Bunların 14-də qonaqlar, 2-də meydan sahibləri qələbə qazanıblar. Topların nisbətində də Ağdam klubunun aşkar üstünlüyü var - 35:7.
UEFA Konfrans Liqasına vəsiqə şansını davam etdirən "Sabah" "Sumqayıt"ı qəbul edəcək. Meydan sahibləri 39 xalla beşinci, “gənclik şəhəri” təmsilçisi 18 xalla 7-ci pillədə qərarlaşıb.
Çempionatdakı əvvəlki 14 matçın 6-da "Sabah", 6-da qonaqlar meydanı 3 xalla tərk edib. Topların nisbətində "Sabah" minimal üstünlüyə malikdir - 18:17.
Avrokuboklara digər iddialı komanda "Qəbələ" "Şamaxı"nın qonağı olacaq. "Qırmızı-qaralar" 41 xalla 4-cü, Şamaxı təmsilçisi 21 xalla 6-cı sıradadır. Tərəflər Premyer Liqada 54 dəfə qarşılaşıblar. Bunların 19-da meydan sahibləri, 16-da qonaqlar qalib gəlib. Topların nisbətində də "Şamaxı" üstündür - 72:57.
Nəhayət, "Zirə" gümüş medalları təmin edən "Neftçi"ni qəbul edəcək. "Ağ-qaralar"ın hesabında 50 xal var. Qırx üç xala malik “Zirə” üçüncü yerdədir. Bu, komandalar arasında çempionatdakı 26-cı matç olacaq. Bunların 11-də "Zirə", 7-də "Neftçi" qələbə qazanıb. Topların nisbətində isə qonaqların üstünlüyü var - 27:26.
"Qəbələ" bu tur xal itirsə, "Zirə" qalib gələrək həm bürünc medalı, həm də avrokuboklara vəsiqəni təmin edəcək. "Sabah" "Sumqayıt"ın müqavimətini qıra bilməsə, "Qəbələ" Şamaxı səfərindən 3 xalla qayıtsa, “Zirə” və “Qəbələ” UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:04 / 15.05.2022
Azərbaycan Premyer Liqası: Bu gün "Qarabağ" "Səbail"in qonağı olacaq
Hazırda oxunan: Azərbaycan Premyer Liqası: Bu gün "Qarabağ" "Səbail"in qonağı olacaq
Hazırda oxunan: Azərbaycan Premyer Liqası: Bu gün "Qarabağ" "Səbail"in qonağı olacaq
74436
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.