Güloğlan Cabbarov məşhur kikboksçu Eduard Məmmədovu təhqir etdi

Hazırda oxunan: Güloğlan Cabbarov məşhur kikboksçu Eduard Məmmədovu təhqir etdi

73795
“Onun nüfuzu azalır...”x9d.

Azərbaycanın Kikboksinq üzrə Federasiyasının vitse-prezidenti, keçmişdə məşhur idmançı olan Güloğlan Cabbarov məşhur kikboksçumuz, bu yaxınlarda 21 qat dünya çempionu olan Eduard Məmmədovun uğurlarını kiçildib.

“Eduard Məmmədov bizim ən çox titul sahibi olan idmançımızdır, amma təəssüf ki, o ciddi yarışlarda deyil, heç kimin ciddi qəbul etmədiyi turnirlərdə iştirak edir. Mən bütün məsuliyyətimlə bəyan edirəm ki, həm Azərbaycanın Kikboksinq üzrə Federasiyası, həm də Gənclər və İdman Nazirliyi WAKO (Ümumdünya Kikboksinq Assosiasiyaları Təşkilatı) egidası altında keçirilməyən heç bir yarışı tanımır. Bunu yalnız biz deyil, digər kikboksinq üzrə lider ölkələr də edir”x9d - Oxu.Az Cabbarovun atv.az-da dərc edilmiş sözlərindən sitat gətirir.

Son dəfə azərbaycanlı kikboksçu, əsl həqiqi dünya çempionu 2009-cu ildə olub. Eduard WAKO versiyasına görə üç dəfə çempion olub, bu isə böyük uğurdur. Amma öz hərəkətləri ilə Eduard öz nailiyyətlərini kiçildir. O nə üçün isə ciddi yarışlarda iştirak etmək istəmir, növbəti titulun ardınca qaçır. Nəticədə onun nüfuzu və bizim idman növümüzün nüfuzu azalır.

Bizim kikboksçular Eduardın iştirak etdiyi turnirləri təlim turnirləri hesab edirlər və heç kim bu yarışlarda qazandıqları uğurlarla qürrələnmir”x9d.

Qeyd edək ki, Eduard Məmmədov 21-ci dünya çempionu titulunu bazar günü WAC versiyasına görə dünya çempionatında Portuqaliyada qazanıb.

Güloğlan Cabbarova gəldikdə isə, keçmiş idmançı son illərdə “Neftçi”x9d futbol klubunda öz qalmaqallı fəaliyyəti ilə yadda qalıb. Flaqmanın əməkdaşı olduğu halda, Bakı klubu ilə rəqib komandaların futbolçularının dəfələrlə döyülməsi hadisəsi qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin