İspaniya La Liqasının XXXVI turu çərçivəsində “Barselona” öz meydanında “Selta Viqo”nu qəbul edib.
Bizim.Media xəbər verir ki, matçın 65-ci dəqiqəsində “Barselona”lı 23 yaşlı müdafiəçi Ronald Arauxo komanda yoldaşı Qavi ilə kəllə-kəlləyə toqquşub. Bundan sonra uruqvaylı oyunçu ayağa qalxıb oyuna davam etmək istəsə də huşunu itirib yerə yıxılıb və meydanı ambulansla tərk edib.
Qeyd edək ki, qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Qalib komandadan qolları Memfis Depay 30-cu, Pyer-Emerik Obameyanq 41-ci və 48-ci dəqiqələrdə vurub. “Selta Viqo”nun tək qolu isə 50-ci dəqiqədə Aspastan gəlib.
36 oyundan sonra “Barselona” 72 xalla 2-ci, “Selta Viqo” isə 43 xalla 11-cidir.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:36 / 11.05.2022
“Barselona”nın futbolçusu xəstəxanaya aparıldı – AĞIR ZƏDƏ ALIB
Hazırda oxunan: “Barselona”nın futbolçusu xəstəxanaya aparıldı – AĞIR ZƏDƏ ALIB
Hazırda oxunan: “Barselona”nın futbolçusu xəstəxanaya aparıldı – AĞIR ZƏDƏ ALIB
73731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.