"Lion"un sabiq futbolçusu Marselo ilə müqaviləni ləğv etməsinin təfərrüatları müəyyənləşib.
Bizim.Media xəbər verir ki, ötən ilin avqustun 15-də Fransa Liqa 1-in 2-ci turunda "Anje"yə 0:3 hesab ilə uduzulan oyundan sonra braziliyalı müdafiəçi ilə müqaviləyə xitam verilib. O, qış transfer pəncərəsində "Bordo"ya keçib.
Fransa mətbuatı yazır ki, Marselo "Lion"un paltardəyişmə otağında ab-havanı korladığı üçün klubdan qovulub. O, sözügedən görüşdə avtoqol vurmasına baxmayaraq, komanda yoldaşlarına gülüb.
Futbolçunun bu hərəkəti klub rəhbərliyini qəzəbləndirib və oyunçu ilə müqavilə ləğv olunub.
Qeyd edək ki, daha əvvəl Marselonun "Anje" ilə görüşdən sonra komandanın kapitanı Leo Dyubuaya güldüyü barədə xəbərlər yayılmışdı.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:45 / 10.05.2022
Komanda yoldaşlarına güldü, klubdan qovuldu
Hazırda oxunan: Komanda yoldaşlarına güldü, klubdan qovuldu
Hazırda oxunan: Komanda yoldaşlarına güldü, klubdan qovuldu
73609
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.