Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun son matçında "Qəbələ" "Neftçi"ni qəbul edib.
Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 76-cı dəqiqədə penaltidən İsnik Alimi vurub.
İlk hissənin sonlarında insident baş verib. Buna paytaxt klubunun müdafiəçisi Mamadu Mbocun "Qəbələ"nin hücumçusu Fernan Lopesə qarşı sərt oynaması səbəb olub. Epizoda görə etirazını bildirən ispaniyalı oyunçu rəqiblə mübahisə edib. Onların əlbəyaxa olmasına digər futbolçular imkan verməyiblər.
Matçın sonlarında isə azarkeşlər meydana fişəng atıblar. Bu səbəbdən görüş qısa müddətdə dayanıb. "Neftçi"nin qapıçısı İvan Brkiç fişəngi kənara çıxardıqdan sonra oyun davam edib.
Bu qələbə ilə xallarını 41-ə çatdıran əyalət təmsilçisi yenidən 4-cü pilləyə yüksəlib. Gümüş medalları təmin edən "ağ-qaralar" isə 50 xalla 2-ci sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" səfərdə "Səbail"i, "Sumqayıt" "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib, çempion "Qarabağ" isə evdə "Zirə" ilə sülhə razılaşıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:55 / 09.05.2022
"Qəbələ" "Neftçi"yə qalib gəldi - Yenidən 4-cü pilləyə yüksəldi
Hazırda oxunan: "Qəbələ" "Neftçi"yə qalib gəldi - Yenidən 4-cü pilləyə yüksəldi
Hazırda oxunan: "Qəbələ" "Neftçi"yə qalib gəldi - Yenidən 4-cü pilləyə yüksəldi
73509
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.