Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.
Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın beşinci turunda qara fiqurlarla Fabiano Karuana (Fransa) ilə üz-üzə gəlib.
Qarşılaşma 66-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb. Bu, Məmmədyarovun turnirdə ilk məğlubiyyəti olub.
Azərbaycan təmsilçisi ilk turda Uesli Soya (ABŞ) uduzub, növbəti üç qarşılaşmada isə müvafiq olaraq, Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) və Boqdan Danyel-Dayakla (Rumıniya) heç-heçə edib.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.
Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:25 / 09.05.2022
Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzdu
Hazırda oxunan: Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzdu
Hazırda oxunan: Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzdu
73506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.