Premyer Liqa: "Neftçi" "Qəbələ"nin, "Şamaxı" "Sumqayıt"ın qonağı olacaq

Hazırda oxunan: Premyer Liqa: "Neftçi" "Qəbələ"nin, "Şamaxı" "Sumqayıt"ın qonağı olacaq

73378

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.

Bizim.Media-nın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Şamaxı" arasında olacaq. Hazırda əyalət təmsilçisi 21 xalla 6-cı, "gənclik şəhəri" klubu isə 15 xalla 7-ci pillədə yer alıb.

Komandalar indiyədək Premyer Liqada 38 dəfə qarşılaşıblar. Bunların 10-da meydan sahibləri, 17-də qonaqlar qələbə qazanıblar. Topların nisbəti də "Şamaxı"nın xeyrinədir - 55:39.

Son 8 oyunda meydan sahibi olan komanda qalib gəlməyib. “Sumqayıt” 6 matçdır meydanı qolsuz tərk etmir.

Turun son oyununda "Qəbələ" evdə "Neftçi"ni qəbul edəcək. 50 xalla 2-ci sırada qərarlaşan "ağ-qaralar" gümüş medalları təmin etdiyindən görüş bu komanda üçün formal xarakter daşıyacaq. 38 xalla 5-ci olan "qırmızı-qaralar" isə avrokuboklara lisenziya şansını saxladığından ən azı uduzmamağa çalışacaq.

İki kollektiv daha əvvəl ölkə çempionatında 54 dəfə üz-üzə gəlib. Əyalət klubu 65, paytaxt təmsilçisi 82 qələbəyə sevinib. Topların fərqində də qonaqlar üstündür - 82:65. Qəbələdəki son iki oyun heç-heçə ilə bitib. “Neftçi” 12 oyundur uduzmur və 19 matçdır meydandan qolsuz ayrılmır.

Azərbaycan Premyer Liqası, XXVI tur

9 may (bazar ertəsi)

17:30. “Sumqayıt” – “Şamaxı”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“Kapital Bank Arena”.

19:45. “Qəbələ” – “Neftçi”

Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Qəbələ şəhər stadionu.

Qeyd edək ki, ilk oyun günündə "Sabah" səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib, "Qarabağ" isə "Zirə" ilə qolsuz heç-heçə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin