Fransada gənc cüdoçular arasında Avropa kuboku yarışını Azərbaycan komandası 8 medalla başa vurub.
Bizim.Media xəbər verir ki, turnirdə Azərbaycanı oğlanlar arasında 16 idmançı təmsil edib.
Yarışın ikinci günü komandamızın üzvləri üçün daha uğurlu olub. Belə ki, təmsilçilərimiz İsmayıl Zamanov (81 kq) və Vüqar Talıbov (90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.
Ömər Rəcəbli (81 kq), Ruslan Nəsirli (100 kq), Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, turnirin birinci günündə təmsilçilərimiz Turan Bayramov (60 kq), Vüsal Qələndərzadə (73 kq) yalnız finalda uduzaraq gümüş medala sahib olublar, Qasım Vəlizadə (66 kq) üçüncü yeri tutub.
Beləliklə, komandamız 2 qızıl, 2 gümüş, 4 bürünc medalla ümumi hesabda 4-cü yeri tutub. İki gün davam edən turnirdə 15 ölkədən 300-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
02:39 / 09.05.2022
Fransada Azərbaycan komandası 8 medal qazandı
Hazırda oxunan: Fransada Azərbaycan komandası 8 medal qazandı
Hazırda oxunan: Fransada Azərbaycan komandası 8 medal qazandı
73362
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.