Dünyanın ən çox qazanan məşqçilərinin adı açıqlanıb.
"France Football" jurnalı ən çox qazananların siyahısını hazırlayıb. Siyahıda futbol üzrə 10 məşqçinin adı var.
Birinci yerdə London klubu "Çelsi"nin məşqçisidir. Joze Mourinyo 18 milyon avro qazanc əldə edib. İkinci pillədə "Real"ı çalışdıran Karlo Ançelotti gəlir. Onun sərvəti 15,5 мilyon avrodur.
İlk üçlüyü "Bavariya"nın məşqçisi qapayır. Xosep Qvardiola 15,2 milyon avro qazanıb.
Siyahıda adı yer alan digər məşqçilər isə aşağıdakılardır:
4. Arsen Venger "Arsenal" - 11,3 milyon avro
5. Lui Van Qal "Mançestr Yunayted" - 10 milyon avro
6. Fabio Kapello (Rusiya yığması) - 9 milyon avro
7. Andre Villaş-Boaş "Zenit" - 8,5 milyon avro
8. Sven-Qoran Erikson "Şanxay" - 8 milyon avro
9. Yurgen Klopp "Borussiya" - 7,2 milyon avro
10. Loran Blan (PSJ) və Devid Moyes "Ðxa0еал Sosyedad" - 7 milyon avro




































































































