İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunun açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Olimpiya Stadionunun qapalı meydançasında təşkil olunmuş tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Milli Məclisin deputatları Aqil Abbas və Mahir Abbaszadə, "Sabah" klubunun idman direktoru İqor Ponomaryov, Vətən müharibəsi iştirakçısı Ramin Yunusov ilə Daşqın Əziz və digər şəxslər iştirak ediblər.
İlk olaraq yarışın Təşkilat Komitəsinin üzvü Mehman Süleymanov tədbir iştirakçılarını salamlayıb. O, turnirdə 12 komandanın iştirak etdiyini xatırladıb:
"Komandaların hər biri işğaldan azad olunmuş bölgələri təmsil edir. Yarış İAM və ETOPAZ-ın 10 illik yubileyi münasibəti ilə təşkil olunur. Final matçı isə mərhum jurnalist Elnur Əşrəfoğlunun doğum gününə təsadüf edəcək. Bundan əlavə, yarış bir sıra əlamətdar günlərə də təsadüf edir".
Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Son olaraq Vətən müharibəsi qaziləri Ramin Yunusov və Daşqın Əziz çıxış edərək komandalara uğurlar arzulayıblar və Zəfər Kubokunu açıq elan ediblər.
Dövlət Himninin səslənməsindən sonra Aqil Abbas və Ramin Yunusov topa rəmzi toxunuş ediblər. Bundan sonra isə Zəngilan və Ağdam komandaları arasında açılış matçı başlayıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:34 / 04.05.2022
Zəfər Kubokunun açılış mərasimi keçirildi
Hazırda oxunan: Zəfər Kubokunun açılış mərasimi keçirildi
Hazırda oxunan: Zəfər Kubokunun açılış mərasimi keçirildi
72698
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.