"Bəzən belə suallardan uzaq olmaq istəyirəm. Amma fikirlərimi də bildirməliyım. Qərarın səbəbini deyə bilmərəm. Sadəcə, maraqlı tərəf odur ki, bizim fikirlərimiz öyrənilir, amma qərar fərqli olur".
Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin ötən günkü qərarlarına münasibət bildirərkən deyib:
O, açıqlanan qərarlarda klubların fikrinə əhəmiyyət verilmədiyini qeyd edib:
"Klublar Komitəsi yığışıb müzakirə də aparmışdı. Hər klubun öz düşüncəsi var, gələcəyə nəyisə planlaşdırır. Klublara məlumat gəlmişdi ki, bu gün yenə də müzakirə olunacaq, amma qərar sonra açıqlanacaq. Soruşmuşdular, demişdim ki, biz heç bir fikir bildirməyək, digərləri nə desə, ona uyğun da işimizlə məşğul olmuşuq. Çempionatın gedişi ilə bağlı fikirlərim fərqlidir. Kiçik fikir bildirdik, fərqli qərar verdilər".
50 yaşlı mütəxəssis bundan sonra ümumiyyətlə fikir bildirməyəcəyini deyib:
"Fikirlərinizə önəm verilməyəndə bizə öz işimizlə məşğul olmaq qalır. Qərarlara təəccüblənmədim, ciddi dəyişiklik olmadı. İcraiyyə Komitəsində necə istədilərsə, o da oldu. Yəqin ki, özləri açıqlama verəcəklər. Görünür, dərindən düşünüb qərar veriblər. İstənilən halda, özüm və komandam Azərbaycan futboluna layiqincə xidmət etməyə çalışırıq".
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin ötən gün açıqlanan qərarına əsasən, yeni mövsümdən Azərbaycan Premyer Liqasında legioner limitinin 6+5 sistemi ilə tətbiqi davam etdiriləcək və çempionatda əvəzetmə sayı da dəyişdirilməyəcək. Həmçinin, gənc futbolçular üçün yaş limiti ləğv olunacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:19 / 30.04.2022
Qurban Qurbanovdan NARAZILIQ: “AFFA klubların fikrinə əhəmiyyət vermir”
Hazırda oxunan: Qurban Qurbanovdan NARAZILIQ: “AFFA klubların fikrinə əhəmiyyət vermir”
Hazırda oxunan: Qurban Qurbanovdan NARAZILIQ: “AFFA klubların fikrinə əhəmiyyət vermir”
72140
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.