Azərbaycan Premyer Liqasında legioner limitinin 6+5 sistemi ilə tətbiqi davam etdiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsi qərar çıxarıb.
Bundan əlavə, Premyer Liqada gənc futbolçular üçün yaş limiti ləğv olunub. Çempionatda əvəzetmə sayı dəyişdirilməyib (3 əvəzetmə sayı saxlanılsın).
2022/2023 mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdiriləcək.
2023/2024 mövsümündən etibarən klublar sifariş ərizəsinə 12 legioner futbolçu daxil edə biləcək. 12 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdirilsin.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:31 / 29.04.2022
Premyer Liqada legioner limiti və əvəzetmə sayı dəyişdirilmədi
Hazırda oxunan: Premyer Liqada legioner limiti və əvəzetmə sayı dəyişdirilmədi
Hazırda oxunan: Premyer Liqada legioner limiti və əvəzetmə sayı dəyişdirilmədi
72069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.