Avropa Kuboku: Azərbaycanın 2 cüdoçusu finala yüksəldi

Hazırda oxunan: Avropa Kuboku: Azərbaycanın 2 cüdoçusu finala yüksəldi

71180

Azərbaycanın son 5 cüdoçusu Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb. 

Bizim.Media xəbər verir ki, onlardan ikisi finala yüksəlib.

81 kq-da yer alan Zelim Tçkayev ardıcıl olaraq, Koen Van Vinden (Niderland), Qay Koçav (İsrail), Qoran Kelava (Çexiya) və Lorentso Parodiyə (İtaliya) qalib gələrək finala yüksəlib.

Onun həlledici qarşılaşmadakı rəqibi Titsiaoni Falkon (İtaliya) olacaq. Bu çəkidəki digər cüdoçu Hasil Cəfərov isə bürünc medal görüşünə çıxacaq. O, 3-cü yer uğrunda görüşdə Parodi ilə münasibətlərinə aydınlıq gətirəcək.

100 kq-dan yuxarı çəkidəki İmran Yusifov 1/4 finalda Luka Violiçlə (Xorvatiya) üz-üzə gəlib. Azərbaycan təmsilçisi cərimə xalları ilə məğlub olsa da, qərara etiraz edərək döşəkdən çıxmayıb. Epizodlu yenidən izləyən hakimlər qarşılaşmanın davam etdirilməsinə qərar veriblər.

Rəqibini ipponla yenən Yusifov adını yarımfinala yazdırıb. Finala gedən yolda Ceymi Uilyamsı (Böyük Britaniya) mübarizədən kənarlaşdıran idmançı qızıl medal uğrunda qarşılaşmada Marsel Skaletslə (Xorvatiya) üz-üzə gələcək.

90 kq-da çıxış edən Rüfət İsmayılov 1/8 finalda Citse Van Den Herevegen (Belçika) üzərində qələbə qazansa da, növbəti raundda Vlad Visana (Rumıniya) uduzub.

100 kq çəki dərəcəsində yer alan Adil Kərimli 1/4 finalda Georgi Udsilauridən (Almaniya) güclü olsa da, Matey Silvestrə (Çexiya) qarşı yarımfinal görüşündə çiynindən zədə alaraq, qarşılaşmanı davam etdirə bilməyib.

O, bürünc medal görüşündə Kilian Bultuislə (Niderland) qarşılaşacaq.

Qeyd edək ki, ilk gündə Azərbaycan cüdoçularından İsmayıl İbrahimov (66 kq) və Nəriman Mirzəyev (73 kq) qızıl, Nazir Talıbov (60 kq) isə bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin