“Paris Sen-Jermen” öz meydanında Fransa çempionatının 34-cü turunda “Lans”la heç-heçə oynayıb (1:1). Yeganə topu argentinalı futbolçu Lionel Messi Neymarın ötürməsi ilə 68-ci dəqiqədə vurub. Rəqib isə 88-ci dəqiqədə (Corentin Jeann) tarazlığı bərpa edib.
Bizim.Media xəbər verir ki, bu heç-heçə sayəsində Paris klubu Liqa 1-də erkən titulunu təmin edib. Maurisio Poçettinonun yetirmələri 34 turdan sonra 78 xal toplayıb.
62 xalla ikinci pillədə "Marsel" klubu qərarlaşıb.
Parislilər tarixlərində onuncu dəfə Fransa çempionu olublar. Bu göstəriciyə görə klub “Sent-Etyen”ə çatıb. Liqa titullarından əlavə, klubun kolleksiyasına 14 Fransa Kuboku və doqquz Fransa Liqa Kuboku daxildir.
Qalan oyunlarda PSJ "Strasburq", "Trua", "Monpelye" və "Mets"lə qarşılaşacaq.
Bizim.Media