Türkiyəli qapıçı oyun vaxtı infarkt keçirdi, dünyasını dəyişdi

Hazırda oxunan: Türkiyəli qapıçı oyun vaxtı infarkt keçirdi, dünyasını dəyişdi

70163

Türkiyəli veteran qapıçı -  "Bodrum Bələdiyyəsi Masterlər" komandasının futbolçusu Fatih Mumcu Hadisə Ege Bölgəsi Masterlər Futbol Federasiyası Liqasının keçirdiyi turnirin "9 sentyabr Masterlər"lə final matçı zamanı dünyasını dəyişib. 

Bizim.Media ajansspor.com-a istinadən xəbər verir ki, 43 yaşlı oyunçu matçda özünü pis hiss edib və yerə yıxılıb. Ona komanda yoldaşları tərəfindən ilkin yardım göstərilib. Daha sonra qapıçı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Fatih Mumcu peşəkar karyerasında "Batman Petrolspor" və "Tavşanlı Linyitspor"un formalarını geyinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin