Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi davam edir.
Bizim.Media xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 2 üzvü çıxışını qələbə ilə başa vurub.
Yığma üzvü Amin Məmmədzadə (51 kq) 1/8 final mərhələsi çərçivəsində irlandiyalı Patrik Makkenna ilə üz-üzə gəlib. Görüş həmyerlimiz üçün uğurlu alınıb. O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək mərhələ adlayıb.
Boksçumuz 1/4 final döyüşünə aprelin 19-da çıxacaq.
80 kq çəkidə mübarizə aparan Sərxan Budaqov Vladislav Dudarla (Ukrayna) qarşılaşıb. Gərgin keçən döyüşdə Azərbaycan təmsilçisi rəqibini məğlub edib.
Qələbə sayəsində 1/4 finala vəsiqə qazanan həmyerlimiz yarımfinal üçün aprelin 19-da rinqə çıxacaq.
Qeyd edək ki, komandamızın heyətində Daniel Xolostenko (71 kq) 1/8 finalda Levent Qemeslə (Macarıstan), Kənan Babayev (48 kq) 1/4 finalda Oruc Əhmədovla (Gürcüstan), Fətəli İsmayılov (86 kq) isə Oğuzxan Türklə (Türkiyə) üz-üzə gələcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:35 / 16.04.2022
Daha iki boksçumuz 1/4 finala yüksəldi - Avropa çempionatı
Hazırda oxunan: Daha iki boksçumuz 1/4 finala yüksəldi - Avropa çempionatı
Hazırda oxunan: Daha iki boksçumuz 1/4 finala yüksəldi - Avropa çempionatı
70013
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.