Bakıda Dünya kuboku keçiriləcək - 33 ölkədən 140 idmançı gəlir

Hazırda oxunan: Bakıda Dünya kuboku keçiriləcək - 33 ölkədən 140 idmançı gəlir

69644

Aprelin 22-dən 24-nədək gimnastika dünyasının diqqəti bir daha Azərbaycanın paytaxtı Bakıya cəmlənəcək. 

Azərbaycan Gimnastika Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, dünyanın ən güclü bədii gimnastları bu dəfə ölkəmizdə təşkil olunacaq Bədii Gimnastika üzrə Dünya kubokunda bir araya gələcəklər. 

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi 5-ci beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 33 ölkədən 44-ü fərdi və 96-sı qrup komandasının (15 qrup) üzvü olmaqla 140 gimnastın iştirakı gözlənilir. 
Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edəcək. 

3 gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. 

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq. 

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq 9-cu Dünya kuboku olacaq. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev sahibliyi edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin