UEFA Azərbaycan klublarına 1 milyon avro ödədi

Hazırda oxunan: UEFA Azərbaycan klublarına 1 milyon avro ödədi

69487

Futbolçuları AVRO-2020-də iştirak edən klublara UEFA-dan edilən ödənişlərin məbləği bəlli olub.

Bizim.Media UEFA-nın saytına istinadən xəbər verir ki, 200 milyon avro seçmə və final mərhələlərində oyunçuları ilə təmsil olunan 697 klub arasında bölüşdürülüb.

Quruma üzv olan 55 ölkə kimi Azərbaycan da siyahıdan kənar qalmayıb. Ölkəmizin 8 klubu ümumilikdə 1 milyon 140 min 246,90 avro qazanıb.

Ən böyük qazanc “Qarabağ”dadır. Ən az gəlir isə “Şamaxı”ya çatıb.

“Qarabağ” – 439 min 170,38 avro

“Neftçi” – 210 min 117,58 avro

“Səbail” – 172 min 144,67 avro

“Sabah” – 88 min 895,90 avro

“Qəbələ” – 80 min 514,21 avro

“Sumqayıt” – 64 min 651,56 avro

“Zirə” – 47 min 870,83 avro

“Şamaxı” – 36 min 881,76 avro

Qeyd edək ki, ən böyük vəsait “Çelsi”yə çatıb. London klubu 5 milyon 99 min 795,04 avro əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin