AFFA 5 futbolçunu cəzalandırdı, “Keşlə” və “Zirə”ni isə... 

Hazırda oxunan: AFFA 5 futbolçunu cəzalandırdı, “Keşlə” və “Zirə”ni isə... 

68670

FFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Bizim.Media Azərbaycan Premyer Liqası ilə bağlı qəbul olunmuş qərarları təqdim edir. 

Premyer Liqanın XXI turunun “Qəbələ” – “Keşlə” oyununda “Keşlə” klubunun futbolçusu Tərlan Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur. 

“Keşlə” klubunun 85 nömrəli futbolçusu Kamal Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir. 

XXI turun “Neftçi” – “Zirə” oyununda “Neftçi” klubunun futbolçusu Eddi İsrafilov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. 

“Zirə” klubunun futbolçusu Coşqun Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir. 

“Zirə” klubunun futbolçusu Ağabala Ramazanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olduğu üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir. 
“Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin