Şahmat üzrə Azərbaycan millisinin üzvü Rauf Məmmədovun “Facebook” hesabında açıqlama yayaraq FİDE-nin bayrağı altındakı bütün yarışlardan imtina etdiyi haqda xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, həmin paylaşımdan bir neçə saat sonra qrossmeysterin feysbuk hesabı bloklanıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan şahmatçısı FIDE turnirlərində iştirakdan imtina etdi – SƏBƏBİ BUDUR
Şahmatçının anası, tanınmış hüquqşünas Lətifə Əliyeva isə Sport24.az saytı ilə əlaqə saxlayaraq Raufun millidəki çıxışını davam etdirəcəyini bildirib:
"Oğlum Vətənini, bayrağımızı çox sevir. Bu səbəbdən o, çıxışını davam etdirəcək. İstər milli komandada, istərsə də fərdi yarışlarda yenə Azərbaycan bayrağını ucaltmağa davam edəcək".
Qeyd edək ki, Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır.
Bizim.Media