Aprelin 3-də futbol üzrə UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, mərhələnin ilk oyun günündə iki qarşılaşma oynanılıb.
“Etihad” stadionunda İngiltərənin “Mançester Siti” klubu İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edib.
Gərgin keçən görüşdə meydan sahibləri minimal hesabla üstün olub - 1:0. Belçikalı 70-ci dəqiqədə Fil Fodenin ötürməsindən sonra qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb. Mançester təmsilçinin heyətində yeganə qolun müəllifi Kevin de Brüyne olub. Meydan sahiblərinin heyətində Kayl Uoker cəzalı, Ruben Diaş cəzalı olduğu üçün meydana çıxmayıblar. Qonaqlardan isə Xose Mariya Ximenes zədə, Yannik Karrasko cəza səbəbindən oyunu buraxıblar.
Gecənin digər matçında Portuqaliyanın “Benfika” klubu İngiltərənin “Liverpul” komandasını qəbul edib. “Estadio da Luz” stadionunda, baş hakimi ispaniyalı Xesus Hil Mansanonun idarə etdiyi oyunda qonaqlar 1:3 hesabı ilə qələbəsi ilə başa çatıb. Mersessayd təmsilçisinin heyətində İbrahima Konate (17), Sadio Mane (34), Luiz Diaz (88), Lissabon təmsilçisinin isə Darvin Nunes (49) fərqləniblər. Sadio Mane “Liverpul”un heyətində Çempionlar Liqasında qol sayını 22-ə çatdıraraq 21 qolu olan Stiven Cerardı qabaqlayıb. Oyun öncəsi komandaların heyətində ciddi itkilər yox idi. Sadəcə, Mersisyadlıların heyətində Körtis Cons və Nabi Keytanın oynayıb-oynamayacaqları sual altında idi.
Qeyd edək ki, bu mərhələnin digər iki oyunu aprelin 6-da “Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya) və “Vilarreal” – “Bavariya” komandaları arasında baş tutacaq.
Bizim.Media