Dünya Kuboku: Ukrayna idmançısı Bakıda qızıl medal qazandı

Hazırda oxunan: Dünya Kuboku: Ukrayna idmançısı Bakıda qızıl medal qazandı

67756

Ukrayna idmançısı Nazar Çepurniy 15,016 xalla Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunun tullanmada qızıl medalını qazanıb.

Bizim.Media xəbər verir ki, İsrailli gimnast Andrey Medvedev gümüş (14.500 xal), bürünc medalı isə İsrailin daha bir təmsilçisi Artem Dolqopyat (14.450 xal) qazanıb.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.

2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək yarışlar final mərhələsi hesab olunur.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin