Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinin III mərhələsinin yarımfinalında tay-breyk görüşləri keçirib.
Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib.
İlk görüşdə qara fiqurlarla oynayan Məmmədyarov 41-ci gedişdə məğlub olub.
Revanş matçında isə 34-cü gedişdə təslim olan Şəhriyar turnirlə vidalaşıb.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.
Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.
Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
05:29 / 02.04.2022
Şəhriyar Məmmədyarov Qran-pri ilə vidalaşdı
Hazırda oxunan: Şəhriyar Məmmədyarov Qran-pri ilə vidalaşdı
Hazırda oxunan: Şəhriyar Məmmədyarov Qran-pri ilə vidalaşdı
67578
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.