Son qadın güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatında 

Hazırda oxunan: Son qadın güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatında 

67236

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın sonuncu qadın güləşçisi mübarizəyə başlayacaq. 

Bizim.Media xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən Elis Manolova B qrupunda yarışacaq. 

26 yaşlı idmançı ilk görüşündə Tetyana Rijko (Ukrayna) ilə, ardından Viktoriya Vesso (Estoniya) ilə üz-üzə gələcək. A və B qruplarında ilk iki yeri tutan güləşçilər yarımfinala yüksələcək. 
Bu gün, həmçinin digər qadın güləşçilərdən 50 kq-dakı Türkan Nəsirova və 59 kq-dakı Alyona Kolesnik bürünc medal uğrunda görüşə çıxacaq.

Onlar müvafiq olaraq Anna Lukasyak (Polşa) və Elene Hayke Brugger (Almaniya) ilə görüşəcək. 

Yarış aprelin 3-də başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin